Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya və Proqnozlar bürosundan SİA-ya verilən məlumata görə, oktyabrın 22-də Bakıda və Abşeron yarımadasında gün ərzində əsasən yağmursuz hava müşahidə olunacaq, mülayim şimal şərq küləyi əsəcək. Temperatur gündüz 15-19, gecə 10-14 dərəcə təşkil edəcək.
Oktyabrın 23-də paytaxtda əsasən yağmursuz, amma axşama yaxın tutqun hava şəraiti proqnozlaşdırılır. Mülayim şimal-şərq küləyi əsəcək, temperatur göstəricilərinin əvvəlki günlə eyni olacağı gözlənilir.
Bölgələrdə oktyabrın 22-də hava əsasən yağmursuz olacaq, bəzi şərq rayonlarında yağış yağacaq, dağlarda gecə və səhər duman gözlənilir. Mərkəzi Aranda gündüz 14-19, gecə 6-11, dağlarda gündüz 7-12, gecə 1-6 temperatur müşahidə olunacaq.
Oktyabrın 23-də gecə və səhər duman, çiskin olacağı, axşam yağış yağacağı proqnozlaşdırılır. Temperatur göstəriciləri Mərkəzi Aranda gecə 1 dərəcə artacaq. Digər temperatur göstəricilərində dəyişiklik gözlənilmir.
Qeyd edək ki, istirahət günlərində meteoroloji amillərin zəif və mülayim tərəddüdləri meteohəssas insanlar üçün hava şəraitinin əlverişli olacağına dəlalət edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB