Türk əsilli deputat Qarabağdakı qətliam haqqında qanun layihəsini İsveç parlamentə təqdim edib

Türk əsilli deputat Qarabağdakı qətliam haqqında qanun layihəsini İsveç parlamentə təqdim edib

"Ermənilərin Dağlıq Qarabağda Törətdiyi Qətliamlar Haqqında" qanun layihəsi İsveç parlamentinə təqdim edilib. SİA-nın "Zaman" a istinadən verdiyi xəbərə görə, İsveç parlamentinin türk əsilli millət vəkili Mehmet Kaplanını müəllifi olduğu qanun layihəsi İsveçdəki erməni diasporunun narazaçılığına səbəb olub. Lakin ermənilərin cəhdləri uğursuz olub.

Türk əsilli millət vəkili jurnalistlərə açıqlamasında bildirib ki, artıq o, qanun layihəsinin gündəliyə salınması üçün mənsub olduğu Yaşıllar partiyası nümayəndələrinin razılığını alıb: "Avropa ölkələrinin parlamentində olan türk əsilli millət vəkilləri də Qarabağdakı qətlimların qəbulu üçün çalışmalıdır. Bu bizim qardaş Azərbaycana bir borcumuzdur".

Bütün xəbərlər Facebook səhifəmizdə