Tikinti Fəaliyyətində Əməkdaşlıq üzrə Hökumətlərarası Surasının toplantısı keçirilib

Tikinti Fəaliyyətində Əməkdaşlıq üzrə Hökumətlərarası Surasının toplantısı keçirilib

MDB ölkələrinin Tikinti Fəaliyyətində Əməkdaşlıq üzrə Hökumətlərarası Surasının tikinti Fəaliyyətində qiymətqoyma komissiyasının növbəti 5-ci iclası Bakıda keçirildi. SİA-nın verdiyi məlumata görə, MDB ölkələrinin aparıcı qiymətqoyma və smeta mütəxəssislərinin iştirak etdiyi tədbirdə tikintidə qiymətqoyma və smeta normalaşdırılmasının mövcud vəziyyəti, "Tikintinin dəyərinin optimallaşdırılması üçün dövlətlərarası normativ-metodiki sənədlərin vahid sistemi" və digər mövzularla bağlı müzakirələr və fikir mübadiləsi aparıldı. Seminarda Azərbaycanla yanaşı Rusiya, Belarusiya, Qazaxıstan, Qırğızıstanını tikinti sektoru üzrə nümayəndələr iştirak edirdi.


Bütün xəbərlər Facebook səhifəmizdə