Uşaqlarla baglı yeni qanun layihəsi Milli Məclisə göndərilib

Uşaqlarla baglı yeni qanun layihəsi Milli Məclisə göndərilib
Ombudsman Aparatı Azərbaycanda uşaqlara qarşı cismani cəzaların arada qaldırılması ilə bağlı qanun layihəsi hazırlayaraq parlamentə təqdim edib.SİA-nın xəbərinə görə, bunu jurnalistlərə acıqlamasında Ombudsman Elmira Süleymanova bildirib. Onun sözlərinə görə, layihədə polisdə, icmada, ailədə və digər yerlərdə uşaqlara qarşı hər hansı fiziki hərəkət qadağan edilir. E. Süleymanova deyib ki, analoji qanunlar bir sıra ölkələrdə qəbul edilib. Ombudsman layihənin onun təşəbbüsü, UNİSEF-in dəstəyi ilə hazırlandığını bildirib. Bununla yanaşı Azərbaycanda yuvenal ədliyyə haqqında qanunun qəbulunun da gecikdiyini xüsusi vuröulayır. Ombudsman bu qanun layihəsi ilə bağlı yetərincə müzakirələr aparıldığını xatırladıb: "Lakin qanun qəbul edilməyib. Azərbaycan belə bir qanunun qəbul olunmasına ehtiyac var".

Bütün xəbərlər Facebook səhifəmizdə