Azərbaycan Gənclərinin VI Forumunda 2000-ə yaxın gənc bir araya gələcək
Oktyabrın 25-də Heydər Əliyev adına Respublika Sarayında 2000-ə yaxın gənc bir araya gələcək. SİA-nın xəbərinə görə, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək Azərbaycan Gənclərinin VI Forumunda dövlət rəsmiləri, mərkəzi strukturların rəhbərləri, beynəlxalq humanitar təşkilatların nümayəndələri, ali təhsil müəssisələrinin rektorları, millət vəkilləri və digər rəsmilər iştirak edəcəklər. Forum çərçivəsində qeyri hökumət gənclər təşkilatlarının vəzifə və öhdəlikləri, gənclərin ictimai siyasi fəallığı, tələbələrin sosial problemləri, təhsilin keyfiyyəti, gənc alimlərin prespektivləri, yaradıcı və istedadlı gənclərin problem və yeni layihələri, gənclərin idarəetmə sahəsinə cəlb edilib, dəstəklənmələri, xaricdə təhsil alan gənclərin inkişafı üçün yeni layihələrin həyata keçirilməsi , beynəlxalq əməkdaşlıq və digər mühüm məsələlər müzakirə olunacaq.
Qeyd edək ki, ilk dəfə müstəqil Azərbaycan Gənclərinin Forumu Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı il fevral ayının 2-də keçirilib. 1997-ci il fevralın 1-də forumun ildönümü münasibətilə bir qrup gənci qəbul edən Heydər Əliyev ilk forumun keçirildiyi 2 fevral tarixinin Azərbaycan Gəncləri Günü kimi qeyd olunması haqqında Fərman imzalanıb.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB