Avropa Şurası Parlament Assambleyasının siyasi məhbuslar üzrə məruzəçisi Kristof Ştrosser Azərbaycana səfərə gəlmək istəyir. SİA-nın xəbərinə göerə, bu barədə məlumatı məruzəçinin ofisi yayıb. Məlumatda deyilir ki, K. Ştrosser artıq viza almaq üçün sənədlərini Azərbaycan səfirliyinə təqdim edib. Səfərin noyabrın əvvəllərinə planlaşdırılır.
Qeyd edək ki, AŞPA-nın son sessiyasında Kristof Ştrosserin mandatı dəyişdirilib, o, Azərbaycan üzrə deyil, AŞPA-nın siyasi məhbuslar üzrə məruzəçisi təyin olunub.
Şahin Abasov, SİA-nın Almaniyadakı xüsusi müxbiri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB