Bu gün Bakıda "Sosial infrastrukturun əlilliyi olan şəxslərin istifadəsinə maneəsiz müyəssər olması: mövcud vəziyyət və beynəlxalq təcrübə" mövzusunda seminar keçirilib. SİA-nın xəbərinə görə, əmək və əhalinin sosial müdafiəsi nazirnin müavini Natiq Məmmədov bildirib ki, Azərbaycan müstəqilliyi yenidən bərpa etdikdən sonra bütün sahələrdə olduğu kimi sosial sahədə də mühüm qərarlar, qanunlar qəbul edilib və bu sahə yüksək inkişaf edib. "Amma təbii ki, bu gün əlillərin bəzi həll olunmayan məsələləri qalıb. Belə ki, Azərbaycandakı əlillərin potensialını öyrənib bundan yararlanmaq lazımdır. Hazırda qüvvədə olan "Məşğulluq haqqında" qanunda əlillərlə bağlı 2,5% kvota müəyyənləşdirilib. Yeni infrastruktur layihələrində əlillərin istifadəsinin nəzərə alınması vacibdir və bütün bunlar Tikinti Məcəlləsində də bu məsələ öz əksini tapacaq. Gələn il Bakıda əlilliklə bağlı beynəlxalq konfrans keçiriləcək." ƏƏSMN-in əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Vüqar Həsənov isə "Sosial infrastrukturun əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara uyğunlaşdırılması istiqamətində dövlət siyasəti" mövzusunda çıxış edib. "Bu təkliflərdə maarifləndirmə tədbirlərinin artırılması, şəhər infrastrukturunun əlillərin maneəsiz hərəkətinə uyğunlaşdırılması, səkilərin hündürlüyünün nizamlanması, keçidlərdə əlil arabaları üçün yerlərin qoyulması, gözdən əlillər üçün Brayn əlifbasının təkmilləşdirilməsi və digər məsələlər öz əksini tapıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB