Hərbi hissəyə silahlı basqın etməkdə təqsirləndirilən silahlı birləşmə üzvlərinin məhkəməsi başlayıb

Hərbi hissəyə silahlı basqın etməkdə təqsirləndirilən silahlı birləşmə üzvlərinin məhkəməsi başlayıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinə silahlı basqın etməkdə, qəsdən adam öldürməkdə və digər cinayətlərdə təqsirləndirilən "Sahil camaatı" adlı mütəşəkkil dəstə üzvlərinin cinayət işi üzrə məhkəmənin ilkin hazırlıq iclası keçirilib. Hakim Zeynal Ağayevin sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxslərə hüquqları izah olunub. Daha sonra dövlət ittihamçısı Valeh Səmədov çıxış edərək, ibtidai istintaq zamanı hər hansı qanun pozuntusuna yol verilmədiyini bildirib, cinayət işinin məhkəməyə verilməsini, həmçinin baxış iclasının vaxtının təyin olunmasını xahiş edib. Müşavirədən sonra hakimlər cinayət işinin məhkəməyə verilməsi barədə qərarı elan ediblər. Prosesin baxış iclası noyabrın 4-nə təyin olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə