Azərbaycanda əlillərin sərbəst hərəkətinə şərait yaradacaq qanun layihəsi hazırlanıb

Azərbaycanda əlillərin sərbəst hərəkətinə şərait yaradacaq qanun layihəsi hazırlanıb

Bu gün Azərbaycanda 420 minə yaxın əlil var. Onlardan 60 minə yaxını sağlamlığı məhdud olan uşaqlardır. SİA-nın xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov "Sosial infrastrukturun əlilliyi olan şəxslərin istiofadəsinə maneəsiz müyəssər olması: mövcud vəziyyət və beynəlxalq təcrübə" mövzusunda keçirilən seminarda deyib. O çıxışı zamanı əlillərin sosial müdafiəsinin sosial müdafiəsinin dövlət əhəmiyyətli məsələ olduğunu, dövlətin soisial siyasətinin əsas istiqamətlərindən birini təşkil etdiyini bildiribonun sözlərinə görə, bu gün əlilliyi olan insanların cəmiyyətə inteqrasiyası çox vacibdir: "Respublikanın bütün mərkəzlərində, yollarında əlillərin sərbəst hərəkət etməsi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yeni hazırlanan qanun layihəsini Milli Məclisə təqdim edib. Qanunun hazırlanması zamanı Əmək və Əhaliunin Sosial Müdafiəsi Nazirliyinin də rəy və təklifləri nəzərə alınıb. Əlil şəxslərin şəhərin bütün yerlərində rahat hərəkət edə bilməsinə şərait yaradılmasına özündə əks etdirən qanun layihəsinin Milli Məclisin payız sessiyasında müzakirə edilməsi gözlənilir"

Bütün xəbərlər Facebook səhifəmizdə