Türkiyə Silahlı Qüvvələrinin oktyabrın 19-da Şimali İraqda PKK terror təşkilatının düşərgələrini məhv etmək istiqamətində başladığı quru və hava əməliyyatı davam edir. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, qırıcı təyyarələr və döyüş vertolyotları PKK terrorçularının hava hücumundan müdafiə sistemlərinə zərbə endirir, strateji bölgələrə vertolyotlarla xüsusi təyinatlılar endirilir.
Əməliyyatlar Şırnakda daha mütəşəkkil xarakter alıb. Əməliyyat bölgəsinə 60 tank gətirilib. Bütövlükdə əməliyyatlara 10 min əsgərin cəlb edildiyi bildirilir. Şimali İraq ərzailərinin Zap və Avaşin bölgəsinə qaçan PKK terrorçuların zərərsziləşdirilməsi üçün əməliyyat hazırlığına başlanılıb.
Əməliyyatlara qatılan 22 tabor, yəni 10 mindən çox əsgər 5 istiqamətdə hərəkət edir. Əməliyyatın ilk günü 4 məkanda terrorçularla döyüş olub. Türkiyə-İraq sərhədində cəmləşdirilən tanklar da hər an İraq torpaqlarına daxil olmaq üçün gözlədilir. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan deyib ki, bu əməliyyat nəticə əldə etməyə hesablanıb. Onun sözlərinə görə, Türkiyə Silahlı Qüvvələri qərarlı bir şəkildə həm havada, həm də qurula əməliyyatları davam etdirəcək.
Bu arada isə PKK-nın hücumu nəticəsində həyatlarını itirən türk əsgərləri bu gün dəfn edilib. Şəhid Yunus Yılmazla Ankarada Kocatepe Camisində vida mərasimi keçirilib. Mərasimə prezident Abdullah Gül, baş nazir Rəcəb Tayyib Erdoğan, TBMM Başkanı Cəmil Çiçək, CHP lideri Kemal Kılıçdaroğlu, MHP Genəl Başkanı Dövlət Baxçali, Genelkurmay 2. Başkanı Org. Hulusi Akar, CHP Antalya Millət vəkili Dəniz Baykal, HAS Parti Genəl Başkanı Numan Kurtulmuş, DSP Genəl Başkanı Masum Türker, Diyanet İşleri Başkanı Mehmet Görməz və çoxlu sayda sadə insan qatılıb. İştirakçılar "Şehidim hakkını helal et" və "Hepimiz Mehmediz PKKya yeteriz" şüarları səsləndiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB