Son bir il müddətində 36 hündürmərtəbə binanın keyfiyyət göstəricilərinin qəbul olunmuş normalara uyğun gəlmədiyi müəyyənləşib. SİA-nın Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə istinadən verdiyi məlumata görə, hündürmərtəbələrin keyfiyyət göstəriciləri yoxlanılması məqsədi ilə agentlik tərəfindən yoxlamalar aparılır və bundan sonra onlara müvafiq sənədlər təqdim olunur: "Artıq əksər binalar yoxlamadan keçirilib. Hazırda 36-ya yaxın yeni tikili və 5 şirkət var ki, onların tikdiyi binalarda yoxlama aparılmayıb. Qeyd edək ki, dövlət nəzarətindən keçməyən belə binalarda yaşayan sakinlərə order və kupca, eyni zamanda mavi yanacaq verilməyəcək. Bununla belə yoxlamadan qacan tikinti şirkətlərinə qarşı əlaqəli qurumlar tərəfindən tədbirlər görüləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB