Dmitri Medvedev Qarabağ haqqında: “Görüşdən görüşə müəyyən irəliləyişlər əldə olunur və kompromisə yaxınlaşırlar”

Dmitri Medvedev Qarabağ haqqında: “Görüşdən görüşə müəyyən irəliləyişlər əldə olunur və kompromisə yaxınlaşırlar”

Dağlıq Qarabağ münaqişəsi Avropada həlli mümkün olan "dondurulmuş" azsaylı münaqişələrdən biridir. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın prezidenti Dmitri Medvedev deyib. O, rəsmi Moskvanın münaqişənin nizamlanmasında hər zaman münaqişə tərəflərinə dəstək verəcəyini vurğulayıb: "Lakin nəticənin əldə edilməsi üçün hər iki xalqın razılığa gəlməsi vacibdir və razılığın əldə olunmasına can atmalıdır".

D.Medvedev həmçinin Azərbaycan və Ermənistan prezidentlərinin bir masa ətrafında əyləşib münaqişənin həlli istiqamətində danışıqların aparılmasının vacibliyinə toxunub: "Münaqişənin həlli hər iki xalqın və prezidentlərin xoş iradəsindən asılıdır. Görüşdən görüşə müəyyən irəliləyişlər əldə olunur və kompromisə yaxınlaşırlar".

Bütün xəbərlər Facebook səhifəmizdə