Yeni dövlət qeydiyyat nişanları 2012-ci ildən paylanılacaq

Yeni dövlət qeydiyyat nişanları 2012-ci ildən paylanılacaq
Üzərində elektron daşıyıcı yerləşdirilən yeni dövlət qeydiyyat nişanları 2012-ci ildən etibarən paylanılacaq. Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Kamran Əliyevin SİA-ya verdiyi məlumata görə, yeni dövlət qeydiyyat nişanları öncə yeni nömrə alanlara, daha sonra isə köhnə nömrə sahiblərinə də veriləcək. Ancaq qeydiyyat nişanı korlandığına görə müraciət edənlərə yeni nömrələr veriləcək".K. Əliyev yeni nömrə nişanı alanların əlavə xərcə düşməyəcəyini də dedi: "Dövlət qeydiyyat nişanının qeydiyyatı 18 manata olacaq".Qeyd edək ki, yeni dövlət nömrə nişanlarının elektron daşıyıcısında avtomobil sahibi və avtomobil haqqında bütün məlumatlar əks olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə