Azərbaycan FHN-in Akademiyası və Rusiya FHN-in Mülki Müdafiə Akademiyası arasında saziş imzalanıb

Azərbaycan FHN-in Akademiyası və Rusiya FHN-in Mülki Müdafiə Akademiyası arasında saziş imzalanıb
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyası və Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması Nazirliyinin Mülki Müdafiə Akademiyası arasında elm və təhsil fəaliyyəti sahəsində birgə əməkdaşlığa dair saziş imzalanıb.

SIA-nın verdiyi məlumata görə, Azərbaycan və Rusiyanın müvafiq qurumlarının rəhbərləri tərəfindən imzalanan saziş, yüksək ixtisaslı xilasedici kadrların hazırlanmasında effektiv sistemin yaradılması məqsədini daşıyır. Sazişdə mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması sahəsində aparıcı mütəxəssislərin, elmi və pedoqoji işçilərin səylərinin birləşdirilməsi, hər iki Akademiyanın elmi-tədqiqat və pedaqoji fəaliyyətinin səviyyəsinin yüksəldilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə