2011-ci ilin nəticələrinə görə, Belorusda 100 faizlik inflyasiya gözlənilir. Bu barədə "İnterfax" agentliyinə ölkənin milli bankının sədri Nadejda Yermakova bildirirb. SİA Lenta.ru-ya istinadən xəbər verir ki, bank sədrinin sözlərinə görə, hökumət bu inflyasiyanın 20 faizini 2012-ci ildə saxlamağa cəhd göstərəcəkdir. Belə ki, 2011-ci ilin doqquz ayında əhalinin tələbatı 74,5 faiz artıb.
Eyni zamanda xəbər verilir ki, Belorusda başlayan inflyasiya ölkə rublunun davalvasiyası ilə əlaqəlidir. Növbəti mərhələ oktyabrın 20-də başa çatıb. Hazırda bir ABŞ dolları 8680 Belorus rublu dəyərindədir. Lakin ilin əvvəlində bu hədd 3000 rublu əhatə edirdi. Artıq bu ölkədə 200 000-lik əskinasın buraxılması haqqında qərar veriləcəyi gözlənilir. Belə ki, bundan daha öncə 100 00-lik əskinas ən böyük pul kağızı kimi dəyərləndirilirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB