Azərbaycan Dövlət Aqrar Universitetinin kadrlar şöbəsinin müdiri Hümbət Camalov bu il ayrı-ayrı strukturlardan 75-ə yaxın təklif gəlsə də ADAU-i cəmi 20 mütəxəssis yetişdirilib: "Bu fakültəyə qəbul olan tələbələrin əksəriyyəti isə Gəncə sakinləridir. Onlarda da təhsillərini başa vurandan sonra öz yaşayış yerlərini tərk etmək istəmirlər. Ona görə də respublikada bu sahələrə olan tələbat artıb".
Heyvan mənşəli xəstəliklər yayıla bilər Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının kafedra müdiri Ələddin Əsgərov isə hesab edir ki, vəziyyət bu cür davam etsə, taun, vəba, tif, quduzluq, qarayara, infeksion sarılıq, tülyaremiya, vərəm, brusellyoz və bu kimi xəstəliklərin qarşısını almaq mümkün olmayacaq: "Bunun üçün təcrübəli mütəxəssislərə ehtiyac var. Vaxtı ilə baytar həkimlərin hazırlanması üçün ciddi işlər görülürdü. Aqrar sahə üzrə kadrlar hazırlayan yeganə təhsil ocağı - Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının alimləri bu sahənin işçilərinə elmin, texnikanın yeni nailiyyətləri barədə mühazirə oxumaq üçün rayonlara göndərilirdilər və bu ənənəvi tədbirlər öz müsbət bəhrəsini verirdi. Nəticədə səriştəli baytar ordusu yaranmışdı. Ancaq bu gün hazırlanan baytarlar da öz ixtisası üzrə işləmir. Bəziləri ixtisara salınır, bəziləri isə ümumiyyətlə iş tapmırlar. Tez-tez fermerlərlə görüşürük. Bu zaman şahidi oluruq ki, onların təsərrüfatları baytarlıq xidmətlərindən tamamilə kənarda qalıb. Fermerlər bildirirlər ki, işlərin hamısını özləri gördükləri üçün onlara baytar həkimi, aqronom, mühəndis-mexanizator, iqtisadçı lazım deyil. Nəticədə mal-qarada tez-tez brusellyoz, dabaq kimi xəstəliklər baş qaldırır. Çünki heyvani xəstəliklərin qarşısını almaq baytar həkimin işidir. Xəstəliklərlə kor-koranə, savadsız mübarizə böyük fəlakətə səbəb ola bilər".
Baytarlıq laboratoriyalarının fəaliyyəti gücləndirilməlidir. Mütəxəssis bir çox hallarda heyvan mənşəli xəstəliklərin gizlədildiyini də dedi: "İnfeksiyanı gizlətmək cinayətdir. Hazırda infeksiya törədicilərini yayan amillər çoxdur. Məsələn idxal və ixrac olunan heyvan, quş, balıq və bitki mənşəli yeyinti məhsulları və xammalda infeksiyalar var. Səbəb isə onların baytar-sanitar müayinəsindən keçmədən satışa buraxılmasıdır. Bununla belə, bazarlarda dəhşətli antisanitariya halları baş alıb gedir və nəticədə həmin ərazilərdəki zibilliklərdə gəmiricilər çoxalır ki, bu da toksikoinfeksiyalar və toksikozların yaranması üçün münbit şərait yaradır. Nəticə isə acınacaqlı ola bilər. 1654-cü ildə Moskvanın 500 min əhalisi taun xəstəliyi nəticəsində məhv oldu. \"Vəba əsri\" kimi yadda qalan xəstəlik isə XIX əsrdə təkcə Avropa ölkələrində 10 milyon adamı öldürdü\".
Ümumiyyətlə, infeksion və invazion xəstəliklərin heyvan və quşlara verdiyi kütləvi qırğınların sayı-hesabı yoxdur. Son vaxtlar isə heyvan mənşəli xəstəliklərin yeni növləri peyda olub. \"Quş qripi\", \"donuz qripi\" kimi tanınan xəstəliklər də çoxlu sayda insanın ölümünə səbəb oldu. \"Dəli dana\", \"sarı isitmə\", quduzluq, sarılıq, brusellyoz, vərəm, malyariya, dizenteriya, qoturluq, dəmrov və bu kimi təhlükəli xəstəliklər də dünyanın bir çox ölkəsində insanların sağlamlığına mənfi fəsadlar törətməkdədir. Həmin infeksion xəstəlikləri törədənlər heç bir sərhəd tanımır, heç kəsə güzəştə getmir və əlverişli şərait yaranan kimi dərhal öz işini görür. Ona görə də heyvani xəstəliklərlə mübarizə ciddiləşdirilməlidir. Gəmirici və həşəratların sürətlə çoxalmasına zibilliklər əlverişli şərait yaradır. Bəla ondadır ki, bu zibilliklərə rayon və şəhərin mərkəzi ərazilərində də rast gəlinir. Bölgələrdə də bu baxımdan vəziyyət ürəkaçan deyil. Belə ki, son illər işğal olunmuş rayonlardan Beyləqan, Ağcabədi, Ağdam, Tərtər, Goranboya gəmiricilərin və canavar, çaqqalların miqrasiyası artıb. Bu da insan və heyvanlara keçən infeksiyaların törədicilərinin yayılmasına səbəb olur. Gəmiricilər xəstəliklərdən ölmüş heyvanların cəsədlərini və zibilliklərdə olan ərzaq tullantılarını yedikdən sonra təhlükəli xəstəliklərin törədicilərini insanlar arasında yayırlar. Malyariyanın əsas yayıcıları olan ağcaqanadlar, mığmığalar isə onların qanını soraraq daha fəallaşırlar. Dünyada gəmiricilərlə mübarizə aparmaq üçün güclü təsirə malik olan \"krısid\" preparatından istifadəyə təsadüf etməmişəm. Ona görə də hər il malyariya halları qeydə alınır. Heyvani xəstəliklərin qarşısını almağın yeganə yolu bütün bazarlarda müasir tələblərə cavab verən avadanlıqlarla təchiz edilmiş baytar-sanitar laboratoriyasının yaradılmasıdır. Həmçinin oraya səriştəli baytar-sanitar mütəxəssislərin cəlb olunması vacibdir. Hazırda bazarlardakı laboratoriyaların yalnız adı var. Oranın fəaliyyəti, avadanlıqları, təchizatı, şəraiti günün tələbləri ilə uzlaşmır. Şəhər və rayonlarda fəaliyyət göstərən baytarlıq stansiyaları və laboratoriyalarının da fəaliyyəti gücləndirilməlidir. Azərbaycanda baytarlıq preparatları - vaksinlər, serumlar, diaqnostikumlar və sair istehsal edən bioloji fabrikin yaradılması da günün tələbidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB