Ombudsman Aparatının əməkdaşları Bakı İstintaq Təcridxanasında olublar

Ombudsman Aparatının əməkdaşları Bakı İstintaq Təcridxanasında olublar

Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında (BİT) olublar. SİA-nın xəbərinə görə, müvəkkilin nümayəndələri 2 aprel mitinqi zamanı saxlanılan və hazırda bu müəssisədə olan 14 nəfərlə, o cümlədən Arif Hacılı, Tural Abbaslı, Əhəd Məmmədli və başqaları ilə görüşüb, onların hər biri ilə təkbətək söhbət aparmış, saxlanma şəraitlərini öyrəniblər.

Söhbət aparılan şəxslər BİT-də saxlanıldıqları müddət ərzində müəssisə rəhbərliyi və əməkdaşları tərəfindən hər hansı bir zorakı rəftara məruz qalmadıqlarını, hüquqlarının pozulmadığını bildiriblər. Eyni zamanda, həmin şəxslər barələrində aparılan istintaqdan və onların işləri üzrə çıxarılan məhkəmə qərarlarından narazılıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə