ABŞ səfirliyinin dəstəyi ilə Azərbaycanda daha bir tədbir keçirildi

ABŞ səfirliyinin dəstəyi ilə Azərbaycanda daha bir tədbir keçirildi
ABŞ-ın Azərbaycandakı Səfirliyi Azərbaycan Uşaq Fondunun iştirakı ilə "Azərbaycan İcma İncəsənəti" proqramını həyata keçirib. Proqram çərçivəsində Xızı rayonunda məktəblilərin rəsm əsərlərindən ibarət sərgi təşkil olunub.
SİA-nın Şimal bürosunun verdiyi xəbərə görə, oktyabr ayının 14-dən noyabrın 3-dək keçirilən \"Azərbaycan İcma incəsənəti " proqramının əsas məqsədi mühüm ictimai məsəllələri, xüsusilə də uşaqları düşündürən problemləri incəsənətdən istifadə etməklə müzakirəyə çıxarmaqdır. Proqram iştirakçıları öz rəy və hisslərini məhz incəsənət vasitəsilə ifadə edir. Paytaxtdan sonra bölgələr sırasında ilk olaraq Xızıda məktəblilərin rəsm əsərlərinin sərgisi təşkil olundu. Layihənin təşkilatçısı olan ABŞ-ın Azərbaycan Səfirliyi və Azərbaycan Uşaq Fondunun nümayəndələrinin iştirakı ilə uşaqların müxtəlif mövzularda hazırladığı 100-dək rəsm əsərinə baxış keçirilib.Bu layihə ABŞ və Azərbaycanın mədəni əlaqələrinin daha da möhkəmlənməsinə və mədəni sahədə əməkdaşlığa xidmət edir. Biz görürük ki, Azərbaycanın bölgələrində çoxlu sayda istedadlı uşaqlar var. İstəyirik ki, onların istedadlarının inkişafına biz də öz töhfələrimizi verək.
Qeyd edək ki, sərgiyə çıxarılan əsərlər qrafika janrında, vahid çap üsulu ilə hazırlanıb. Uşaqların bu üsulla çalışması üçün Amerikanın Merilənd İnstitutundan mütəxəssislər də dəvət olunub. Balaca rəssamlar yeni üsulla rəsm çəkməyi asanlıqla mənimsəyərək duyğu və arzularını qrafik təsvirlərlə əks etdirib.Azərbaycanda İcma İncəsənəti Proqramı çərçivəsində Xızıdan sonra Gəncə və Mingəçevirdə də ictimai sərgilərin təşkili nəzərdə tutulub. Layihə üzrə ən yaxşı əl işlərinin təqdimatı noyabrın 2-də Bakıda keçiriləcək.

Emin Kərimov.

Bütün xəbərlər Facebook səhifəmizdə