CNN Azərbaycanla bağlı reportaj hazırladı

CNN Azərbaycanla bağlı reportaj hazırladı
Nüfuzlu CNN kanalı Azərbaycanla bağlı reportaj hazırlayıb. Becky Andersonun hazırlayıb təqdim etdiyi proqramda Bakı limanı və onun əhəmiyyətindən bəhs edilib. SİA-nın xəbərinə görə, reportajda strateji əhəmiyyətə sahib Bakı limanı ilə yalnız sərnişindaşıma deyil, Əfqanıstandakı koalisiya qüvvələri yüklərinin daşındığı da bildirilib. Həmçinin Ələt qəsəbəsində yeni bir limanın tikildiyi və Bakı-Tiflis-Qars dəmiryolu proyektinin tamamlanmasından sonra Azərbaycanın regional əhəmiyyətinin və iqtisadi faydalarının daha da artacağı vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə