“Eurovision-2012\" 30 ölkənin nümayəndəsi iştirak edəcək

“Eurovision-2012\" 30 ölkənin nümayəndəsi iştirak edəcək
Gələn il may ayında Bakıda keçiriləcək \"Eurovision-2012\" Beynəlxalq mahnı müsabiqəsində 30 ölkənin nümayəndəsi iştirak edəcək. SİA-nın məlumatına görə, artıq bu sayda ölkənin müsabiqədə iştirakı təsdiqlənib. Onların hamısı Avropa Yayım Şurasının üzvüdür.
Qeyd edək ki, artıq müsabiqədə iştirak edəcək ölkələrin nümayəndələrin seçim turlarına başlayıb.
\"Eurovision-2012\" Mahnı müsabiqəsinin yarımfinalları mayın 22 və 24-də, final isə mayın 26-da keçiriləcək.


Bütün xəbərlər Facebook səhifəmizdə