202 saylı avtobusun sürücüsü işdən azad edildi

202 saylı avtobusun sürücüsü işdən azad edildi
Bir neçə gün əvvəl Nəsimi rayonu ərazisində Şəmsi Bədəlbəyli ilə Rəşid Behbudov küçələri arasında baş verən ağır yol hadisəsinin iştirakçısı olan 202 saylı şəhərlərarası avtobusun sürücüsü işdən azad edilib. SİA-nın məlumatına görə, araşdırmalardan sonra şəhərarası hərəkət edən "Daewoo" markalı avtobusun sürücüsü baş verən yol qəza hadisəsində suçlu bilinməyib. Ancaq araşdırmalar sübut edib ki, yol qəzası \"VAZ-2107\" sürücüsünün qırmızı işıqda yolu keçməsi nəticəsində baş verib.
Xatırladaq ki, aşar yol qəza hadisəsi ayın 17-də Milli Bankın yaxınlığında baş verib. Qəza zamanı \"VAZ-2107\" markalı nəqliyyat vasitəsi 202 nömrəli şəhərarası marşruta çırpılıb.
Qəza nəticəsində 4 nəfər ölüb, 3 nəfər yaralanıb. Ölən və yaralananlar arasında türk vətəndaşları var

Bütün xəbərlər Facebook səhifəmizdə