Bakıdakı otel və restoran personalının xidmət keyfiyyətini artırmaq məqsədilə təlimlər keçirilir

Bakıdakı otel və restoran personalının xidmət keyfiyyətini artırmaq məqsədilə təlimlər keçirilir
Azərbaycanın ev sahibliyi edəcəyi "Eurovision-2012" yarışması ərəfəsində Bakıdakı otel və restoran personalının xidmət keyfiyyətini artırmaq məqsədilə növbəti təlimlər keçirilir. Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsindən SİA-ya verilən məlumata görə, təlim Türkiyə baş nazir aparatı yanında Əməkdaşlıq və İnkişaf İdarəsi (TİKA) ilə birlikdə təşkil olunub.

Kurslar sistematik olaraq otel və restoran işçiləri üçün kvalifikasiya artırma məqsədi daşıyır. Təlimlər TİKA mütəxəssisləri tərəfindən otel menecment, qeydiyyat, ofisiant və qulluqçu sahəsində keçirilir. Hazırlıq kursları oktyabrın 25-dək Azərbaycan Turizm İnstitutunda davam edəcək. Kursların sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə