Beynəlxalq Qızıl Xaç Komitəsi Assambleyasının 17 oktyabrda baş tutan iclasında təşkilatın rəhbər orqanı Piter Maureri BQXK-nın prezidenti təyin edib. Qurumdan SİA-ya verilən xəbərə görə, Maurer bu vəzifədə 2000-ci ildən bəri BQXK-nın prezidenti olan Yakob Kellenberqeri əvəz edəcək. Yakob Kellenberqer üçüncü prezidentlik müddətinin başa çatmasından sonra təqaüdə çıxmaq istədiyini bildirib. Yeni prezident öz səlahiyyətlərinin icrasına 1 iyul 2012-ci ildən başlayacaq və bu vəzifədə 4 il işləyəcək. Daha sonra prezidentlik müddəti uzadıla da bilər. Cənab Maurer 2010-cu ilin yanvarından etibarən İsveçrənin Xarici İşlər üzrə Dövlət Katibi vəzifəsini icra edir. Bu vəzifədə o, İsveçrə diplomatik xidmətinin Berndəki baş qərargahının işini, eləcə də ölkənin bütün dünyadakı təxminən 150 səfirlik və diplomatik nümayəndəliklərinin fəaliyyətini əlaqələndirir.
Kellenberqer 1 yanvar 2000-ci il tarixdən BQXK-nın prezidentidir və bu vəzifədə 30 iyun 2012-ci ilə qədər çalışacaq. Onun prezident kimi fəaliyyətə başladığı dövr ərzində silahlı münaqişələrin xarakteri kəskin şəkildə dəyişib və BQXK öz fəaliyyətini baş verən dəyişikliklərə uyğunlaşdırmalı olub. Onun prezidentliyi dövründə, BQXK silahlı münaqişə və daxili zorakılıq qurbanlarına daha effektiv humanitar yardım göstərmək üçün fəaliyyətinin miqyasını və coğrafi əhatə dairəsini genişləndirib. Bundan əlavə, həm baş qərargahda, həm də yerlərdə BQXK sıralarına müxtəlif ölkələrdən olan mütəxəssislər cəlb edilib.
Bu, humanitar əməliyyatların həyata keçirilməsini sürətləndirməyə, yerinə yetirilən işin peşəkarlıq səviyyəsini yüksəltməyə və ən mürəkkəb şəraitlərdə humanitar əməliyyatların effektivliyini təmin etməyə imkan yaradıb.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB