Paytaxtın orta məktəblərində şagirdlərin dərsə davamiyyətinə dair monitorinqlərə başlanıb-FOTOREPORTAJ
Bu gün Azərbayan cəmiyyətində belə bir fikir formalaşıb ki, orta məktəblərin xüsusilə, yuxarı siniflərində şagirdlərin dərsə davamiyyəti çox aşağıdır, aşağı sinif dərslikləri çox ağırdır və məktəblərdə müəyyən problemlər mövcuddur. Bütün bunları nəzərə alan Təhsil Nazirliyi və Bakı şəhəri üzrə Təhsil İdarəsi bu gündən etibarən birgə monitorinqlərə başlayıb. Beləliklə, iki qurumun birgə təşkilatçılığı ilə baş tutan reydlərdə Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bayram Hüseynzadə, Bakı şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib.
Bakının Nərimanov rayonundan başlanan monitorinq zamanı ilk dayanacaq 177 saylı orta məktəb olub. Bu məktəbdə X-XI siniflərin dərsə davamiyyəti yoxlanılıb. X sinfin rus bölməsinin jurnalına baxdıqda məlum olub ki, ümumi 23 şagirddən 1-i dərsdə iştirak etmir və o da evdə təhsil alır. XI sinfin davamiyyətini yoxlanarkən həm Azərbaycan, həm də rus bölməsinin hər birində 2 şagirdin dərsdə iştirak etmədiyi aşkarlanıb.
Reydlər daha sonra 47 saylı orta məktəbdə davam etdirilib. Burada şagird sıxlığı müşahidə edilib. Məktəb direktorunun verdiyi xəbərə görə, 800 nəfərlik məktəbdə 1800 nəfər şagird təhsil alır. Bu məktəbdə də XI sinif şagirdlərinin dərsə davamiyyəti yoxlanılıb. XI sinfin hərbi dərsində aparılan yoxlama zamanı məlum olub ki, 20 nəfərdən 1-i xəstə olduğu üçün dərsə gəlməyib. Digər XI sinfin riyaziyyat dərsində aparılan yoxlamada 24 nəfərdən 2-nin dərsdə olmadığı aşkar edilib. Son zamanlar ibtidai sinif dərsliklərinin ağır olması ilə bağlı fikirlərə aydınlıq gətirmək üçün müşahidələr I siniflərdə davam etdirilib. Bu zaman məlum olub ki, uşaqların çantalarının ağır olması çox zaman valideynlərdən asılıdır. Belə ki, onlar ilk növbədə uşaqlara yaşların və boylarına uyğun olmayan, böyük, ağır çantalar alırlar. Müşahidələr zamanı bir çox uşaqların çantasının ağır olması, bəzilərinin çantasında lazımsız kitabların, ağır dəmir qablarda qida məhsullarının olduğu aşkarlanıb. I siniflərin davamıyyətinə gəlincə, bir sinifdə 30 nəfərdən 3-ü xəstəliklə əlaqədar olaraq dərsə gəlməyib. Məktəbin bufetində isə yoxlama aparmaq istədikdə şagird sıxlığı ilə əlaqədar bufetin olmadığı məlum olub.
Reydlər zamanı son dayanacaq 258 saylı orta məktəb olub. Bu məktəbdə reydlər ilk olaraq məktəbin bufetindən başlayıb. Müxtəlif növ şirniyyatlar, meyvələrin, peraşki və digər məhsulların satıldığı bufetdə ərzaqlara Bakı şəhəri üzrə Təhsil İdarəsinin ictiamiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı baxış keçirib. O bildirib ki, bütün məhsulların son istifadə tarixi 2012-ci ilin sonuna kimidir, meyvələr, şirniyyatlar təmiz şəraitdə şagirdlərə satılır.
258 saylı məktəbin direktoru Sədaqət Hüseynova jurnalistlərə açıqlamasında belə reydlərin keçirilməsini yüksək qiymətləndirib: "Bu cür reydlər nə qədər tez keçirilsə, uşaqların və valideynlərin məsuliyyəti daha da atar. Bizim məktəbdə hər gün 2-3 nəfər dərsə gəlmir, onlar da ərizə ilə xəstə olduqlarını bildirirlər. Hazırda 1-3-6-cı dərslərdə davamiyyət yoxlanılır. Bu gün 3 nəfər məktəbdə yoxdur. Onlar da dərsə gələndə arayış təqdim edəcəklər. Ümumilikdə isə məktəbdə 1477 şagird var və onların 97%-nin davamiyyəti yerindədir.
İlkin olaraq, Nərimanov rayonunun 3 məktəbində aparılan monitorinqin nəticəsi ilə baglı jurnalistlərə açıqlama verən Təhsil Nazirliyinin sözçüsü Bayram Hüseynzadə bildirib ki, bunlar formal xarakter daşımır və təhsil naziri Misir Mərdanovun tapşırığına əsasən hər həftə, mütəmadi olaraq davam etdiriləcək: "Bu gün Azərbayan cəmiyyətində belə bir fikir formalaşıb ki, orta məktəblərin, xüsusilə yuxarı siniflərində şagirdlərin dərsə davamiyyəti çox aşağıdır. Bu gün Nərimanov rayonunda yerləşən 3 məktəbdə reyd keçirilib. Bizi çox sevindirir ki, davamiyyət hətta çox məktəblərdə dərsə davamiyyət 95%-dən yuxarıdır. Bakının hər həftə bir rayonunda reyd keçirəcəyik. Müsbət cəhət odur ki, biz əvvəlcədən heç bir orta məktəb rəhbərliyinə bu barədə xəbərdarlıq etmədən jurnalistlərlə birgə təşkil edəcəyik. Jurnalistlərin istəklərinə uyğun məktəblərdə, hətta Bakının ən ucqar qəsəbə və rayonlarında iştirak edəcəyik. Məktəb və müəssisə rəhbərləri bir daha məlumatlı olmalı, bütün məktəblərdə nizam-intizamı daha da gücləndirməlidirlər ki, dərsə davamiyyət daha da yüksək olsun. İlin sonuna kimi reydləri davam etdirəcəyik. Lazım olarsa, respublikanın bölgələrində də rəydlər keçiriləcək\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB