Bu ilin 9 ayı ərzində baş verən yol qəza hadisələrinin 43 faizi nəqliyyat vasitələrinin sürət həddini keçməsi nəticəsində baş verib.
Baş Dövlət Yol Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Kamran Əliyevin SİA-ya verdiyi məlumata görə, yanvar-sentyabr ayları ərzində respublikada 2237 yol qəzası baş verib ki, bunun da 984-ü sürücülərin sürət həddini aşması səbəbindən olub: "Qəzalarda 712 nəfər dünyasını dəyişib, 2459 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hesabat dövründə piyadaların vurulması halları da artıb. Piyadaların vurulması ilə nəticələnən 847 qəzada 266 dünyasını dəyişib, 645 nəfər yaralanıb".
K. Əliyev avtobus sürücüləri tərəfindən törədilən yol qəzalarının artdığını da bildirdi: "Bu ilin 9 ayı ərzində avtobus sürücüləri tərəfindən 86 yol qəzası törədilib ki, nəticədə 27 nəfər ölüb, 105 nəfər yaralanıb. Baş verən qəzalara səbəb avtobus sürücülərinin sürət həddini aşması, dayanacaqdan kənar saxlaması, səhlənkarlı, qeyri peşəkarlığıdır. Onlara qarşı tədbirlər gücləndirilsə də, qanun pozuntuların sayı azalmır. Bu gün sürücülük mədəniyyəti aşağı olan sürücülərin işdən kənarlaşdırılmasına başlansa avtobus sürücülərinin yarıdan çoxu işsiz qala bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB