Azərbaycanda 5 minə qədər vərəmli xəstə var

Azərbaycanda 5 minə qədər vərəmli xəstə var
Azərbaycanda 2010-cu il üçün 5 minə qədər vərəmli xəstə var. Bunu bu gün jurnalistlərə açıqlamasında Elmi-Tədqiqat Ağ Ciyər xəstəlikləri İnstitutunun direktoru, Respublikanın baş ftiziatrı Elcan Məmmədbəyov Vərəm və Ağ Ciyər xəstəliklərinə dair V Beynəlxalq elmi-praktik konfransında iştirakı zamanı bildirib: "Biz hal-hazırda xəstələrin müalicəsini ilkin təbabətə yaxınlaşdırmağa çalışırıq ona görə də bütün rayonlarda xəstələr üçün vibtop kabinetler açılıb və orada həmin xəstələr gedib sərbəst şəkildə dərman alıb istifadə edə bilərlər".
Elcan Məmmədbəyovun sözlərinə görə, əgərlərsə 2008-ci ildə cəmi 26 xəstə davamlı müalicə olunubsa bu göstərici hal-hazırda 800 nəfərə qədər xəstəni əhatə edib: "Bizim muasir lobaratoriyamız və metodlarımız var. Həmçinin bizim mualicənin effektliyi də daha çox artıb. Bununla bağlı hətta dövlət tərəfindən proqram da qəbul olunub". Direktor bildirdi ki, xəstələrə lazımı köməkliyin göstərilməsində hətta Səhiyyə və Maliyyə nazirliyi tərəfindən vəsaitlər də ayrılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə