Pulsuz telefon çəkilir
Bakı Telefon Rabitəsi İstehsalat Birliyi Azərbaycanın Müstəqilliyinin 20 illik yubileyi ilə əlaqədar güzəştli telefon çəkilişi kampaniyasını həyata keçirir. Birlikdən SİA-ya verilən məlumata görə, kampaniya çərçivəsində 700-ə yaxın abonentə güzəştli və pulsuz telefon çəkilib: "Kampaniya hava rabitə xətləri olan və yeni kabelləşdirilən binalarda yaşayan sakinlərə şamil olunur. Əhali və təşkilatlara 1-ci və 2-ci telefon 50 faiz güzəştlə, 2 telefon çəkənlərə isə yeni telefonun pulsuz çəkilir".

Qeyd edək ki, kampaniya dekabrın 10-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə