Vərəm xəstəliyinə qarşı beynəlxalq konfrans

Vərəm xəstəliyinə qarşı beynəlxalq konfrans
Bu gün Vərəm və Ağ Ciyər xəstəliklərinə dair V Beynəlxalq elmi-praktiki konfrans öz işinə başlayıb. Gürcüstandan, Ukraynadan, Türkiyədən səhiyyə işçilərinin qatıldığı tədbirdə Azərbaycandan səhiyyə nazirliyinin nümayəndələri və Millət vəkilləri iştirak edib. SİA-nın xəbərinə görə, tədbiri giriş nitqi ilə açan Elmi-Tədqiqat Ağ Ciyər xəstəlikləri İnstitutunun direktoru, Respublikanın baş ftiziatrı Elcan Məmmədbəyov Azərbaycanda vərəm əleyhinə xidmətin inkişafı, nailiyyətlər və tərəqqinin perspektivləri haqqında ətraflı məlumat verib. Bildirilib ki, Respublikamızın bütün rayonlarında vərəmin aşkarlaması istiqamətində görülən bütün işlər dövlətimizin maddi, mənəvi və siyasi dəstəyi ilə daha sıx bağlıdır. Son illər isə vərəmin müalicəsinin aşkarlanması 2010-2015 –ci illərdə vərəmlə mübarizə strategiyasının qəbul olunmasına səbəb olub ki, nəticədə 2008-ci illə müqayisədə 2010-cu ildə vərəmin müalicəsinin aşkarlanması statistik göstəricilərə əsasən 56 faiz təşkil edib. Digər çıxış edənlər isə vərəm sahəsindəki əməkdaşlıqdan, qeyri adekvat müalicə üsullarından danışaraq tədbir iştirakşılarına ətraflı məlumat veriblər. Qeyd edək ki, elmi-paraktik konfransa oktyabrın 21-də yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə