Ukrayna Daxili Qoşunlarının Azərbaycan Daxili Qoşunlarının baş idarəsində olub

Ukrayna Daxili Qoşunlarının Azərbaycan Daxili Qoşunlarının baş idarəsində olub

Ukrayna Daxili Qoşunlarının komandanı, general-leytenant Sergey Yarovoy Azərbaycan Daxili Qoşunlarının baş idarəsində olub.

SİA-ın xəbərinə görə, burada Ukrayna nümayəndə heyətinin rəsmi qarşılanma mərasimi keçirilib. Ukrayna Daxili Qoşunlarının komandanı fəxri qarovulun önündən keçib. Daha sonra Azərbaycan Daxili Qoşunlarının komandanı, general-leytenant Zakir Həsənovla Ukrayna Daxili Qoşunlarının komandanı arasında görüş başlayıb.

Z. Həsənov görüşdə iki ölkə arasında qarşılıqlı maraq doğuran məsələlərin müzakirə olunacağına ümid etdiyini bildirib. Onun sözlərinə görə, görüşdə iki ölkənin daxili qoşunları arasında əməkdaşlığın həyata keçirilməsi üçün atılacaq addımlar, döyüş hazırlığının artırılması barədə fikir mübadiləsi aparılacaq.

Qeyd edək ki, Ukrayna Daxili Qoşunlarının komandanı, general-leytenant Sergey Yarovoy oktyabrın 19-da Azərbaycana səfərə gəlib. Oktyabrın 22-dək davam edəcək səfər çərçivəsində S. Yarovoyun bir sıra görüşlər keçirməsi və Azərbaycan Daxili Qoşunlarının hərbi hissələri ilə tanış olacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə