Terror probleminin həll yeri hökumət deyil, TBMM-dir. SİA-nın xəbərinə görə, Hakkaridə 24 əsgərin şəhid olmasına münasibət bildirən CHP lideri Kamal Kılıçdaroğlu keçirdiyi mətbuat konfransında \"Hökumət istefa etməlidir\" deyə sözünə davam edib: "Baş nazir, məsuliyyəti başqa təşkilatlarda axtarmasın. Məsuliyyəti özü gərək bilə. Özü müxalifət partiyasının lideri deyil, ölkəni idarə edir. Vəzifədən getmək baş nazirin çiyinlərindədir.".
Terrorun həlli üçün hakimiyyətlə eyni fikri paylaşdığını xatırladan Kılıçdaroğlu problemin həllinin hökumət tərəfindən aradan qalxmayacağına artıq əmin olduğunu bildirib: "Bu günə qədər bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik. Onlar Türkiyə Respublikasının qürurudur. Bu qədər şəhidin olduğu yerdə hökuməti tənqid etməyin, alqış mı tutaq?".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB