2015-ci ildə Bakıda Asiya İnkişaf Bankının İdarə Heyətinin iclası keçiriləcək

2015-ci ildə Bakıda Asiya İnkişaf Bankının İdarə Heyətinin  iclası keçiriləcək
Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Asiya İnkişaf Bankının (AİB) nümayəndə heyətini qəbul edib. SİA-nın məlumatına görə, nümayəndə heyətinin tərkibində AİB-nın Azərbaycandakı Daimi Nümayəndəliyinin rəhbəri Olli Noroyono, təşkilatın katibi Robert Douson, təşkilatı işlər üzrə məsul Cill Meri Drilon iştirak edib.

Nazir Ə.Qarayev nümayəndə heyətini salamlayaraq onları Bakıda görməyindən məmnunluq hissi keçirdiyini bildirib.

Görüş zamanı 2015-ci ildə Bakıda keçirilməsi nəzərdə tutulan AİB İdarə Heyətinin növbəti iclası ilə bağlı hazırlıq işləri, iclasın keçiriləcəyi yer, tədbirin mədəni proqramı və digər təşkilatı məsələlər müzakirə olunub.

Söhbət əsnasında həmçinin ölkəmiz ilə AİB arasında ikitərəfli əməkdaşlığın vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb, ikitərəfli əlaqələrin böyük potensialından geniş istifadə olunmasının zəruriliyi vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə