Bu gün yağış yağacaq
Bu gün Bakıda hava yağmurlu olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bu gün buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək, gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 10-14 dərəcə, gündüz 15-18 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında isə bu gün şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Gecə və səhər arabir güclənən qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 10-15 dərəcə, gündüz 16-21 dərəcə, dağlarda gecə 5-10 dərəcə, gündüz 11-16 dərəcə isti təşkil edəcək.

Hava şəraitinin qısa icmalına gəlincə bu gün Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə