Tərtərə yeni su kanalı çəkilir

Tərtərə yeni su kanalı çəkilir

Tərtərdə uzun illərdir ki, yaranmış su problemi aradan qaldırılır. SİA-nın Qarabağ börosunun verdiyi xəbərə görə, rayonun kəndlərinə əkin sahələrin suvarılması üçün yeni su kanalı çəkilir. Qarabağ müharibəsi dövründən sonra Tərtərdə yaşan su qıtlığı öz həllini tapır. Mənbəyini işğal altında olan Sərsəng su anbarından götürən Tərtər çayının qarşısını Ermənistan ordusu kəsdiyindən rayonda əkin sahələrinin suvarılmasında çətinlik yaranırdı. Rayonda suya olan təlabatı az da olsa ödəmək üçün yeni supartezanquyuları qazılmışdı. Amma bu da kəndlinin suya olan təminatını tam ödməirdi. Su az olduğundan təsərrüfatda məhsuldarlıq da aşağı düşmüşdü.

Rayonun cəbhə kəndlərində təsərrüfat sahələrinin suvarılması üçün beton örtüyü ilə bərkidilmiş yeni daş arx çəkilir. Mənbəyini Tərtər çayında Taleh su gölündən götürən yeni kanal vasitəsi ilə bir neçəkənddə təsərrüfat sahələrin suvarılmasına istifadə ediləcək. Dövlət vəsaiti hesabına iki ay əvvəl tikinti işləri başlanan su kanalında qısa zamanda işləri başa çatdırmaq üçün əraziyə xeyli sayda işçi qüvvəsi və texnika cəlb edilib. Uzunluğu cəmi 7 km olan kanalın 6 kmişlər başa catıb. Növbəti ay kəndlilər yeni su kanalından istifadə edə biləcəklər. Qeyd edək ki, tikinti işləri Meliorasiya və Su Təsərrüfatı Səhmdar Cəmiyyətinin sifarişi əsasında aparılıb.

Şamxal

Bütün xəbərlər Facebook səhifəmizdə