Dünyanın məşhur fast- food restoranı olan McDonalds özünün şəxsi kanalını ABŞ-da istifadəyə verəcək. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, kanalda yayımlana verilişlərin nümayişi restoranın hansı ərazidə yerləşməsindən asılı olaraq dəyişəcək.
Telekanalda yayımlanacaq yerli xəbərlərdə idmançıların və evdar xanımların həyatı haqqında söhbət açılacaq. Kanalda həmçinin moda, kino və musiqi də nümayiş olunacaq.
Kanalda reklama 1 saatdan bir olaraq 8 dəqiqə yer verilib. Bununla yanaşı, McDonalds-ın öz reklamına isə az yer ayrılacaq.
Telekanal kassada növbədə dayanan alıcılara zallarda oturan qonaqlar üçün yayımlanacaq. Kanalın yaradıcıları kanala baxmaq istəməyənləri də nəzərə alıb. Belə ki, nümayiş olunan verilişlərə baxmaq istəməyənlər üçün ayrıca sakit guşə də ayrılacaq.
Telekanal bir neçə aydan sonra yayıma başlayacaq. Kanalın nümayişi ilk olaraq ABŞ-ın Kaliforniya ştatında nəzərdə tutulur. Daha sonra isə digər ərazilərdə nümayiş olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB