“Azərsu” ASC əməkdaşları mükafatlandırılıb

“Azərsu” ASC əməkdaşları mükafatlandırılıb
Prezident İlham Əliyevin Ceyranbatan Su Kəmərləri İdarəsininin 50 illiyi ilə əlaqədar 7 sentyabr 2011-ci il tarixdə imzaladığı sərəncamlarla fəxri ad və medallarla təltif olunmuş "Azərsu" ASC əməkdaşlarının təltifolunma mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov mükafatlandırmanı ölkə başçısının kollektivin əməyinə verdiyi qiymət və göstərdiyi diqqətin təzahürü olduğunu deyib.

"Azərsu" ASC əməkdaşı Ə.Ş.Məmmədova "Əməkdar Mühəndis" fəxri adı verilməsi" və "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin işçilərinin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamları oxunub, Səhmdar Cəmiyyətinin əməkdaşlarına vəsiqə və medallar təqdim edilib.
Qeyd edək ki, Prezidentin sərəncamları ilə "Azərsu" ASC-nin Sukanal ETLİ-nin direktor müavini Əhməd Məmmədov "Əməkdar mühəndis" fəxri adı, 5 nəfər əməkdaşı isə "Tərəqqi" medalı ilə təltif olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə