Sabunçu rayonunda Əhalinin Sosial Müdafiəsi Mərkəzinin yeni inzibati binası istifadəyə verilib-FOTOSESSİYA
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Vahid Pəncərə" prinsipinin tətbiqi istiqamətində məqsədyönlü işlərin davamı olaraq Bakının Sabunçu rayonunda Əhalinin Sosial Müdafiəsi Mərkəzi üçün yeni inzibati bina istifadəyə verilib. SİA-nın xəbərinə görə, açılış mərasimində Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərov da iştirak edib. Nazirə məlumat verilib ki, xüsusi layihə əsasında tikilmiş yeni inzibati binada nazirliyin müvafiq yerli strukturları birgə yerləşdirilib və bunun nəticəsində həmin qrumların mərkəzlərdə ünvanlı dövlət sosial yardımların təyinatı ilə bağlı informasiya mübadiləsini təmin etmək üçün fibrooptik xətlər əsasında qurulmuş lokal şəbəkə fəaliyyət göstərir. Həmin bu sistem bölgələrdən məlumatları dərhal qəbul etməyə, əhalinin sosial müdafiəsi ilə bağlı məsələləri operativ həll etməyə imkan verir. Sonra isə nazir mərkəzdə yaradılan şəraitlə yaxından tanış olub, insanların şikayətlərini dinləyərək lazımi tövsiyyələrini verib. Xatırladaq ki, bu günə qədər ölkənin 39 rayon və şəhərində Əhalinin Sosial Müdafiəsi mərkəzlərinin inzibati binaları əsaslı şəkildə təmir olunub, 33 rayon və şəhərdə isə yeni inzibati binalar inşa etdirələrək yerli qurumların istifadəsinə verilib. Qeyd edək ki, yaxın vaxtlarda isə Bakının Suraxanı və Xəzər rayonlarının ƏSMM-lərinin yeni inzibati binalarla təmin edilməsi nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB