Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzi üçün inzibati bina istifadəyə verilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli qurumların yeni inzibati binalarla təminatı və onların iş şəraitinin yaxşılaşdırılması, vətəndaşa xidmət keyfiyyətlərinin yüksəldilməsi, eyni zamanda "Vahid pəncərə sisteminin" tətbiqi sahəsində məqsədyönlü işlərin davamı olaraq Bakının Sabunçu rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzi üçün inzibati bina istifadəyə verilib. SİA-nın verdiyi xəbərə görə, yaxın vaxtlarda isə Bakının Suraxanı və Xəzər rayonlarında Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin yeni inzibati binalarla təmin edilməsi nəzərdə tutulub. Xüsusi layihə üzrə tikilmiş yeni inzibati binalarda nazirliyin müvafiq bölgə üzrə yerli strukturları ilə birgə yerləşdirilib. Bunun nəticəsində həmin qurumların mərkəzlərdə ünvanı dövlət sosial yardımların təyinatı ilə bağlı informasiya mübadiləsini təmin etmək üçün lokal şəbəkə fəaliyyət göstərir.
Qeyd edək ki, bu günə qədər ölkənin 39 rayon və şəhərində Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzlərinin inzibati binaları əsaslı şəkildə təmir olunub. 33 rayon və şəhərdə yeni inzibati binalar inşa etdirərək yerli qurumların istifadəsinə verilib.
Ceyhun Eyyubov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB