Şahdağ Qış -Yay Turizm Kompleksi istifadəyə verilir

Şahdağ Qış -Yay Turizm Kompleksi istifadəyə verilir
Şahdağ Qış -Yay Turizm Kompleksinin birinci mərhələsi ilin sonuna kimi istifadəyə veriləcək. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən məlumata görə, artıq kompleksin inşasının birinci mərhələsində işlər yekunlaşmaq üzrədir: "300 yerlik 4 ulduzlu otel ilin sonunadək istifadəyə veriləcək. I mərhələdə 50-dən artıq süni qar yaradan qurğu təhvil veriləcək. Bu qurğuya ötürülən su vasitəsi ilə süni qar yaradılacaq. Kompleksdə ilin bütün fəsillərində xizəklə sürüşmək mümkün olacaq.
Gün ərzində 5 min turisti qəbul etmək gücündə olacaq Şahdağ Qış Turizm Kompleksində bütün müasir kommunikasiya sistemi də quraşdırılıb".
Qeyd edək ki, kompleksin tikintisinə 1 milyard dollar sərmayə sərf olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə