Abdulla Gül Azərbaycanın Dövlət Müstəqilliyi günü münasibətilə prezident İlham Əliyevi təbrik edib
Türkiyə prezidenti Abdulla Gül oktyabrın 18-də Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.
SİA-nın xəbərinə görə, Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumata görə, A. Gül İ. Əliyevi Azərbaycanın Dövlət Müstəqilliyi günü münasibətilə təbrik edib, ona dövlətçilik fəaliyyətində uğurlar, möhkəm cansağlığı, Azərbaycan xalqına əmin-amanlıq və firavanlıq arzulayıb.
Dövlət başçısı təbrikə və göstərilən diqqətə görə Türkiyə prezidentinə minnətdarlığını bildirib.
Dövlət başçıları ölkələr arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da inkişaf edəcəyinə əminliklərini ifadə ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB