Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Dövlət Müstəqilliyi günü münasibətilə prezident İlham Əliyevi təbrik edib

Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Dövlət Müstəqilliyi günü münasibətilə prezident İlham Əliyevi təbrik edib

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan oktyabrın 18-də Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.


SİA-nın xəbərinə görə, Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumata görə, Ərdoğan prezident İ. Əliyevə Dövlət Müstəqilliyi günü münasibətilə təbriklərini çatdırıb, ona Azərbaycanın rifahı naminə fəaliyyətində uğurlar, cansağlığı arzulayıb.


Dövlət başçısı göstərilən diqqətə və təbrikə görə Türkiyə baş nazirinə minnətdarlığını bildirib.


Azərbaycan prezidenti və Türkiyənin baş naziri ölkələr arasında qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluqlarını ifadə edib, əlaqələrin bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər.


Bütün xəbərlər Facebook səhifəmizdə