Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə oktyabrın 17-də Azərbaycanın ABŞ-dakı Səfirliyində Ümummilli Lider Heydər Əliyevin büstü açılıb. Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyindən SİA-ya verilən xəbərə görə, bürüncdən hazırlanmış bu incəsənət əsərinin müəllifi məşhur heykəltəraş, Beynəlxalq Olimpiya Komitəsinin laureatı Sergey Eylanbekovdur.
Açılış mərasimdə Azərbaycanın ABŞ-dakı Səfiri Y.Əliyev çıxış edərək, Azərbaycanın dövlətçiliyinin və müstəqilliyinin möhkəmlənməsində, iqtisadiyyatının hərtərəfli inkişafında və dünya birliyində layiqli yer tutmasında Heydər Əliyevin göstərdiyi böyük xidmətlərdən bəhs etmiş və onun əziz xatirəsinin qəlblərimizdə daim yaşayacağını bildirib. Mərasimdə ABŞ ictimaiyyətinin nümayəndələri, Azərbaycan diasporunun fəalları və ölkəmizin ABŞ-dakı Səfirliyinin əməkdaşları iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB