Gəncə şəhər Dövlət Yol Polisinin rəisi Fazil Cəfərov tutduğu vəzifəsindən azad edilib. Bu barədə SİA-nın bölgə müxbirinə Gəncə şəhər Baş Polis İdarəsindən məlumat verilib. Açıqlanan məlumata əsasən, 55 yaşlı polis polkovniki təqaüdə göndərilib. O Gəncənin yol polis rəisi vəzifəsində 3 ilə yaxın çalışıb. Hələlik, Gəncə şəhərinin Dövlət Yol Polisi İdarəsinə yeni rəis təyin edilməyib.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB