Azərbaycan Respublikası Nazirlər Kabinetinin yaş həddi il bağlı imzaladğı sərəncama uyğun olaraq Göygöl rayonunda müəllimlərin ixtisarı davam etdirilir. SİA-nın xəbərinə görə, Rayon Təhsil Şöbəsinin rəisi Elburus Atayevin bölgə müxbirinə verdiyi məlumatda bildirilir ki, yaş həddi dolan pedaqoqların əmək müqavilələri ləğv edilib: "Yaşı 65-dən yuxarı olan 130 pedaqoququn fəaliyyətinə xitam verilib.Yeni qanun rayonda müəllim çatışmazlığı məsələsini də ortaya çıxarıb".
Şöbə rəisinin sözlərinə görə, islahatların davam etdirilməsinə baxmayaraq rayon mərkəzində müəllimə tələbat olmasa da, ucqar kəndlərdə pedaqoqlara təlabat var: "Xüsusən ingilis dili və biologiya fənləri üzrə pedaqoq çaışmazlığı mövcuddur. Statistik rəqəmlərə görə ucqar kəndlərin orta təhsil ocaqlarının hər birində təxminən 14 müəllimin fəaliyyətinə ehtiyac duyulur. Artıq məsələ ilə bağlı Təhsil Nazirliyinə rəsmi məlumat da göndərilib".
Elburus Atayev ümumlikdə Göygöl rayonunda 50-dən artıq orta tədris müəssisəsində 1600-dən çox pedaqoqun çalışdığını, vakant yerlərin dolması ilə bu sayın artacağının isə istisna olunmadığını sözlərinə əlavə edib.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB