Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi memorandum imzaladı

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi memorandum imzaladı
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə-Sınaq Mərkəzi (AzTEST) ilə Ukraynanın Texniki tənzimləmə və İstehlakçı siyasəti üzrə Dövlət Komitəsinin ÜmumUkrayna Standartlaşdırma, Metrologiya, Sertifikatlaşdırma və İstehlakçı Hüquqlarının Müdafiəsi Dövlət Elmi-İstehsalat Mərkəzi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən SİA-ya verilən məlumata görə,
sənədi təcrübə-sınaq mərkəzinin (AzTEST) direktoru Vidadi Hüseynov və Ukrayna Dövlət Elmi-İstehsalat Mərkəzi adından İnstitutun direktoru Oleq Veliçko imzalayıblar. Memoranduma əsasən tərəflər standartlaşdırma, metrologiya və sertifikatlaşdırma sahəsində təcrübə mübadiləsi, metrologiya üzrə mütəxəssislərin təlim və staj keçməsi, metrologiya üzrə informasiya, qanunvericilik aktları və normativ sənəd mübadiləsi sahələrində əməkdaşlıq edəcəklər. Bundan başqa metrologiya sahəsində beynəlxalq və regional təşkilatlara qəbul olunma zamanı, bu təşkilatlarda aparılan işlərdə tərəflər bir-birinə yardım göstərəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə