Bakının Xətai və Nizami rayonlarına içməli suyun verilməsində müvəqqəti məhdudiyyət yaranıb. "Azərsu"dan SİA-ya verilən məlumata görə, buna səbəb Bakı şəhərində əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə həyata keçirilən layihəyə uyğun olaraq yeni çəkilmiş su xətlərinin şəbəkəyə qoşulması prosesidir: "Bu məqsədlə Bakı şəhərinin şərq hissəsində yerləşən + 69 Şərq su anbarında yeni çəkilmiş xətləri şəbəkəyə qoşulur. Ona görə də, Xətai və Nizami rayonlarına içməli suyun verilməsində müvəqqəti məhdudiyyətlər yaranıb. Qoşulma işlərinin axşam saatlarında – saat 19.00-20.00-da başa çatdırılması nəzərdə tutulur. Yaranmış narahatlıqla əlaqədar "Azərsu" Səhmdar Cəmiyyəti abonentlərə üzrxahlıq edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB