Çunq Eu Yonq: \"Təşkilatımız Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın maraqları çərçivəsində həllində maraqlıdır\"

Çunq Eu Yonq: \"Təşkilatımız Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın maraqları çərçivəsində həllində maraqlıdır\"

"Təşkilatımız Dağlıq Qarabağ münaqişəsinin həllində mümkün gücündən istifadə edə bilər və bu problemin sülh yolunda həllində xüsusilə də Azərbaycannın maraqları çərçivəsində həllində maraqlıyıq". Bunu SİA-ya açıqlamasında Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) Daimi Komitəsinin həmsədri və baş katibi Çunq Eu Yonq bildirib. Onun sözlərinə görə, İCAPP-da 50 dövlətdən 350-yə yaxın partiya təmsil olunur ki, 2012 ci ildə İCAPP-nın Baş Assambleyasının 7 ci iclasının Azərbaycanda keçirilməsi qərara alınıb. Gəlişinin səbəbi haqqında danışan sədr bildirib ki, Yeni Azərbaycan Partiyası ilə birgə Baş Assambleyanın ümumi müddəalarını müzakirə etmək və qərarlar əldə etməkdir.


İCAPP-ın Baş Assambleyasının 7-ci iclasının Azərbaycanda keçirilməsində məqsədə gəlincə qeyd edib ki, YAP-ın sədr müavini Ə. Əhmədov cənabları İCAPP-ın 18 nəfərlik idarə heyətinin üzvüdür və son 2 ildə YAP qurumun bütün tədbirlərində yaxından iştirak edib. Regionda fəaliyyətimiz geniş olmadığından qərara aldıq ki, növbəti Assambleyanı məhz Azərbaycanda keçirək.


"Bura gəlməmiş Azərbaycan haqqında cox şeylər eşitmişdim. Amma bura gələndən sonra başa düşdüm ki, mən bu ölkə haqqında heç bir şey bilmirəm. Azərbaycan 20 ildə çox böyük uğur əldə edib. Bü gün münasibəti ilə Azərbaycan xalqını təbrik edirəm ki, qısa zaman kəsiyində belə uğur əldə edib".


Azərbaycan Koreyanın iqtisadi və siyasi önəm verdiyi tərəfdaş olduğunu bildirən həmsədr Azərbaycan Koreya münasibətlərinin 2006-2007 ci illərdən formalaşdığını bildirib. " Azərbaycan təbii sərvətləri ilə zəngin olan bir dövlətdir. İstərdik ki, bu ölkələr siyasi, iqtisadi və mədəni əlaqələrdə daha da möhkəmlənsin. Lakin bunula yanaşı Azərbaycanın müharibə şəraitində yaşamasından təəssüflənirik. Təşkilatımız Dağlıq Qarabağ münaqişəsinin həllində mümkün gücündən istifadə edə bilər və bu problemin sülh yolunda həllində xüsusilə də Azərbaycannın maraqları çərçivəsidə həllində biz də maraqlıyıq".


Konqres sədri Azərbaycan muğamına da xüsusi önəm verdiyini vurğulayıb. "Hətta sizin muğamda mənim çox xoşuma gəldi. Bu bizim Can adlı musiqimizə daha yaxındır. Gələcəkdə istərdim ki, Muğamla Cannın birgə konsertini təşkil edək."

Bütün xəbərlər Facebook səhifəmizdə