İranın xarici işlər naziri Əli Əkbər Salehi Rusiyanın Tehrandakı səfiri Aleksandr Sadovniklə görüşü zamanı bildirib ki, İran Rusiyanın etibarlı tərəfdaşı olmaq arzusundadır. "Bu gün İranın Suriya prezidenti Bəşər Əsəd və radikal müsəlman təşkilatı olan "Hizbullah"dan başqa demək olar ki, tərəfdaşı yoxdur. Təbii ki, Tehran Türkiyə ilə yanaşı regionda kifayət qədər nüfuzu olan Rusiyanı öz tərəfinə çəkməkdə maraqlıdır",- Bunu Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun əməkdaşı Vladimir Sajin bildirib. Vladimir Sajin deyib ki, Moskvanın və Tehranın istənilən yaxınlaşması Qərbdə narazılıq yaradır və ümumiyyətlə, İranla tərəfdaşlıq heç bir mənfəət vermir. Ona görə də ən yaxşı variant onlar arasında ehtiyatlı tərəfdaşlığın qurulmasıdır. Həqiqətən də hər iki ölkə arasında iqtisadi əməkdaşlıq o qədər də canlı deyil. Ticarət dövriyyəsi 3,6 milyard dollar təşkil edir ki, bu da o qədər böyük rəqəm deyil. Buşer AES tikilib ki, bu da birlikdə reallaşdırılan yeganə böyük layihədir. 2010-2011-ci illərdə tərəflər enerji sferasında əməkdaşlıq barədə bir sıra layihələr imzalayıblar, lakin onlardan hələ heç biri reallaşdırılmayıb. Məsələn, Cənubi İranda karbohidragen yataqlarını işləməyi planlaşdıran "Qazprom neft" ola bilər ki, Amerika sanksiyasından ehtiyat edərək hələ də layihəsini həyata keçirməyib. Onun fəaliyyətsizliyindən narazı qalan iranlılar şirkəti dəyişmək qərarına gəliblər.İranı təkcə Rusiyanın investisiyası maraqlandırmır. İlk növbədə ona siyasi dəstək lazımdır. Antitürk blokunun yaradılması ehtimalı az olsa da, hər iki dövlətin Xəzər hövzəsində nəzarəti artırmaq cəhdləri mümkündür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB