Moskvada Sadavot bazarının ərazisində Azərbaycan vətəndaşları və Şimali Qafqazdan olanlar arasında münaqişə baş verib. SİA-nın interfax-a istinadən verdiyi məlumata görə, baş verən münaqişədə rezin güllələrdən istifadə olunub.
Mübahisədə olan Şimali qafqazlılar davanı tərk edərək bir müddət sonra isə özləri ilə 8 nəfərlə geri qayıdıblar. Hər iki tərəfdən 20 nəfər iştirak edib. Hər iki tərəfdən ölən olmasa da yaralılar var. Mübahisədə iştirak edən 20 nəfərin 7-nə təcili tibbi yardımın köməyi lazım olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB