Bu ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində şəxsi hesabı olan sığortaolunanların sayı 7,23 faiz artıb. SİA-nın xəbərinə görə, bu ilin 9 ayı ərzində DSMF tərəfindən əlavə olaraq 130 218 sığortaolunana fərdi şəxsi hesab açılıb. Nəticədə Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 1 930 670 nəfərə yüksəlib. Fərdi uçot- Azərbaycan Respublikası qanunvericiliyinə uyğun əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. 2006-cı il 01 yanvar tarixdən tətbiq olunan "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyaları fərdi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır.
Dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan sığortaolunanlar arasında kişilər çoxluq təşkil edir -1 079 495 nəfər. Fərdi şəxsi hesabı olan sığortaolunanların 851 175 nəfəri isə qadındır. Fərdi şəxsi hesabı olanlar arasında 40-50 yaş aralığında sığortaolunanlar ümumi sığortaolunanların 476 736 nəfərini əhatə edir. Bundan başqa, fərdi uçot sistemində 30 yaşa kimi sığortaolunan vətəndaşlar 412 398 nəfər, 30-40 yaşa kimi sığortaolunanlar 439 502 nəfər, 50-60 yaşa kimi sığortaolunanlar 412400 nəfər, 60 yaşdan yuxarı olan sığortaolunanlar isə 189 634 nəfərdir.
Hazırda DSMF tərəfindən \"2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı\"na uyğun olaraq fərdi uçotun tətbiq dairəsinin genişləndirilməsi üçün müvafiq tədbirlər davam etdirilməkdədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB