Respublika Prokrorluğu müstəqilliyin 20 illiyi ilə bağlı Bərdədə müvəqqəti məskunlaşan məcburi köçkün ailələrinə ərzaq payı göndərib. SİA-nın xəbərinə görə, məcburi köçkünlərə ərzaq məhsullarından un, yağ, çay, düyü və şəkər tozu verilib. Bərdənin meşəçilik institutu və digər ərazilərində müvəqqəti məskunlaşan 2800 köçkün ailəsinə bayram sovqatı paylanıb. İlin bütün bayramlarında unudulmadıqlarını deyən məcburi köçkünlər onlara göstərilən diqqət və qayğıdan razı olduqlarını deyiblər.
Bütün Azərbaycan xalqı kimi məcburi köçkünlərin də ən böyük arzusu işğalda olan torpaqların düşmən tapdağı altından azad edilməsi və növbəti bayramları öz yurd-yuvalarında keçirməkdir.
Qeyd edək ki, proqrama əsasən Bərdədən sonra digər rayonlarında da müvəqqəti məskunlaşan məcburi köçkünlərə bayram sovqatı veriləcək.
Şamxal-BƏRDƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB